Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə bəşər tarixində də ən qanlı faciələrdən biridir

18:26 30-03-2022 | icon 1375
Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə bəşər tarixində də ən qanlı faciələrdən biridir

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük
Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik
təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.Azərbaycan
xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel
aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik
silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi
qırğınlardır.Həmin günlərdə Bakı şəhərində,habelə Bakı quberniyasına daxil
olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini
mənsubiyyətinə görə qətlə yetirilmiş,insanlar işgəncələrə məruz
qalmışdır.Yaşayış məntəqələri dağıdılmış,mədəniyyət abidələri,məscid və
qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.Sonrakı dövrlərdə daha da azğınlaşan
erməni millətçiləri qeyri-insani əməllərini davam
etdirib,Qarabağ,Zəngəzur,Naxçıvan,Şirvan,İrəvan və digər bölgələrdə kütləvi
qətllər,talanlar və etnik təmizləmələr həyata keçiriblər.Bu ərazilərdə dinc
əhali kütləvi surətdə qətlə yetirilmişdir.
Qətlə yetirilənlərin sayı on minlərlə ölçülür.1918-ci ilin 30 mart-3 aprel
tarixlərində Bakı şəhərində,eləcə də
Qarabağ,Naxçıvan,Şamaxı,Quba,Xaçmaz, Lənkəran,Salyan,Zəngəzur və
digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30
mindən çox azərbaycanlını qətlə yetirmiş,10 minlərlə insanı
öz torpaqlarından qovmuşlar.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə
Azərbaycan tarixində deyil,bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq,qoca,qadın
demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş,on minlərlə azərbaycanlı
ilə yanaşı,minlərlə ləzgi,yəhudi,rus,avar və talış milliyyətinə mənsub
insanları qılıncdan,süngüdən keçirərək diri-diri yandırmış,milli memarlıq
incilərini,məktəbləri,xəstəxanaları,məscid və mədəni abidələri dağıtmışlar.
Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır.1918-
ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi
qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6
min silahlı əsgəri,eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.Üç gün davam edən qırğın zamanı erməni silahlıları
bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən
basqınlar etmiş,uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
 Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-
dək,Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd
olunur.Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə
dağıdılmış,2750-dən çox ev tamamilə yandırılmışdır.Tədqiqat zamanı o da
məlum oldu ki,ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan
istifadə etməyiblər.Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri
yoxdur.Onların hamısı küt alətlərlə öldürülüb.Araşdırmalar göstərir ki,qətlə
yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar.Sonra xəncərdən
istifadə etməklə başı bədəndən ayırıblar.Bəzi kəllə sümüklərində mismarlar
aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin
hüdudlarının olmadığınıgöstərir.Xüsusi qəddarlıqla öldürülən insanlar su
arxlarına və quyulara doldurulub,üzəri torpaqla örtülüb.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək
məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır.Sözügedən
Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün
faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq,ermənilərin
azərbaycanlılara qarşı  düşünülmüş,planlı surətdə həyata keçirdiyi soyqırımı
siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.Bu hadisələrin yalnız birinə
– 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək
cəhdi göstərilmişdir.Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi
 Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək
borcunu tarixin hökmü kimi qəbul edir”.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 mart soyqırımı faciəsinin
araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü ilə başlanılmışdır.Adıçəkilən Fərmanın imzalanması
faktı məsələ ilə bağlı aparılan tədqiqatlara,habelə həqiqətin üzə çıxarılması
istiqamətində səylərin artırılmasına təkan verdi.Sözügedən Fərmandan sonra
həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş,çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.Ötən illər ərzində aparılmış
araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb,Quba
şəhərində kütləvi məzarlıq aşkarlanıb.Üzə çıxmış tarixi faktlar 1918-ci ilin
mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata
keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının
sayının qat-qat çox olduğunu sübuta yetirir.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan
qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı.Məzarlıqdan tapılan
insanların cəsədləri üzərində tibbi ekspertiza,antropoloji araşdırmalar
aparıldı.Məzarlıqda 500-dək insan kəlləsi vardı.Onlardan 50-dən çoxu
uşaqlara,100-dən çoxu qadınlara aid idi.Bu adamların 1918-ci ildə
ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi.Bu
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,Azərbaycan xalqının gələcək
nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının
xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində
“Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.Memorial
kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində
inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.Prezident İlham Əliyev
Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-
iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki,bütün
ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər.Beş ay ərzində 50
mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur.Bakıda,Quba
qəzasında,Şamaxıda,Qusarda,İrəvanda,Naxçıvanda,Zəngəzurda,Qarabağda,
Lənkəranda,demək olar ki,bütün Azərbaycan torpaqlarında bizə qarşı
soyqırımı törədilmişdir…Bakı soyqırımı,Quba soyqırımı,İkinci Dünya
müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin
sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix
elmində geniş şəkildə tədqiq edilməlidir.”
Erməni vəhşilərinin,quldurlarının əsrlərlə Azərbaycan xalqının başına
gətirdikləri olmazın faciələrin,müsibətlərin yaşanması xalqımız üçün
dözülməz olsa da,bu acıları ürək ağrısı ilə xatırlasaq da,həm bütün dünya
ictimaiyyətinin artıq ermənilərin iç üzünü tamamilə tanımasına görə,həm də
bu qisasın ermənilərdən alınmasına,faciələrə məruz qalmış soydaşlarımızın ruhlarının rahat olmasına görə Ermənistan üzərində qazandığımız Böyük Qələbəmizin sevincini bizə yaşadanların hər birinə sonsuz minnətdarıq.

Teymurova Sevda
Saatlı rayonu Əliabad kənd ümumi orta məktəbinin müəllimi


Digər xəbərlər

0.44655799865723