Vilayət Eyvazov Lənkəranda qəbul keçirdi - Foto
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının 71 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Səfər çərçivəsində nazir DİN-in Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsində də olub.
General-polkovnik V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub, həmçinin xüsusi-taktiki təlimləri izləyib.
Daha sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.
Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 46 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 10-u Vətən müharibəsi iştirakçısı, 6-sı isə şəhid ailələrinin üzvləri olublar.
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...