Küləkli hava nə vaxtadək davam edəcək?

21:07 04-04-2022 | icon 1987
Küləkli hava nə vaxtadək davam edəcək?

Ölkədə faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, qərb küləyinin sürəti Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Havanın temperaturu aprelin 3-də iqlim normasından 13,7 dərəcə yuxarı olub. Maksimal temperatur Naxçıvan MR-da 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə  isti olub. 

 

Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30,1 dərəcə isti qeydə alınıb, lakin bu, rekord göstərici deyil, çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31,5 dərəcəyədək yüksəlib.

G.Məmmədovanın sözlərinə görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.


Digər xəbərlər

0.25831484794617