Prezident onları təltif etdi

21:10 04-04-2022 | icon 1902
Prezident onları təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev İsa Nəcəfovla bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsa Əli oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib. 

 

***

İlham Əliyevin digər sərəncamı ilə hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İkram Heydər oğlu Kərimov “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, dövlət başçısı adıçəkilən şəxsləri yubileyləri münasibətilə təltif edib. Belə ki, İsa Nəcəfovun 70, İkram Kərimovun isə 80 yaşı tamam olub. 


Digər xəbərlər

0.24793100357056