Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

11:35 05-04-2022 | icon 1826
Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək. 

 

İspaniyanın “Atletiko” klubu İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. “Benfika” isə doğma azarkeşləri önündə “Liverpul”u qəbul edəcək.

Hər iki qarşılaşma 23:00-da start götürəcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. “Mançester Siti” (İngiltərə) - “Atletiko”, Madrid (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00.  “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.


Digər xəbərlər

0.29758501052856