Jirinovski öldü
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski dünyasını dəyişib.
Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat verib.
“Ağır və uzun sürən xəstəlikdən sonra Vladimir Volfoviç Jirinovski vəfat edib. Parlaq, istedadlı siyasətçi. Dünyanın necə qurulduğunu dərindən dərk edən və çox şeyi qabaqcadan görən insan. Dövlət Dumasında LDPR fraksiyasının lideri. Onun şəxsiyyəti o qədər genişmiqyaslıdır ki, onsuz müasir Rusiyanın siyasi sisteminin inkişaf tarixini təsəvvür etmək çətindir. Bizim hamımız üçün bu, əvəzedilməz itkidir”, - deyə V. Volodin bildirib.
Qeyd edək ki, 75 yaşlı siyasətçi cari ilin fevralında “Omicron”a yoluxmuşdu. İki ay idi ki, Moskvada xəstəxanada müalicə alırdı.
Martın sonlarında senator Aleksandr Pronyuşkin öz teleqram kanalında onun öldüyü barədə xəbər yaysa da, daha sonra bu məlumat öz təsdiqini tapmamışdı.
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...