Bakı məktəblərində “Şuşa ili” ilə bağlı keçiriləcək tədbirlər müəyyənləşib

23:06 06-04-2022 | icon 2292
Bakı məktəblərində “Şuşa ili” ilə bağlı keçiriləcək tədbirlər müəyyənləşib

Paytaxtdakı təhsil müəssisələrində həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Əmrə əsasən, təhsil müəssisələrində “Şuşa ili” ilə bağlı silsilə tədbirlərin, “Zəfər” olimpiadasının keçirilməsi, məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqəsinin təşkili nəzərdə tutulur.

Həmçinin YUNESCO Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan təhsil müəssisələrinin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ölkə məktəblərinin “Şuşa ili” ilə bağlı birgə tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil olunacaq, yuxarı sinif şagirdləri arasında Şuşanın 270 illik yubileyinə həsr olunmuş “Ən yaxşı elektron təqdimat” müsabiqəsi keçiriləcək.

Məktəb kollektivlərinin, “Şuşada bir gün” Respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələri şagirdlərinin Şuşa şəhərinə səfərlərinin, Şuşada yay məktəblərinin, könüllülər düşərgələrinin təşkili nəzərdə tutulur.


Digər xəbərlər

0.27381205558777