Ağcabədi RMX-nın Ultrasəs diaqnostika şöbəsinin tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

11:36 07-04-2022 | icon 2400
Ağcabədi RMX-nın Ultrasəs diaqnostika şöbəsinin tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan,peşəkar həkim, Ağcabədi Mərkəzi Xəstəxanasının Ultrasəs diaqnostika (USM) şöbəsinin həkimi İlqar həkimdir.

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür.

Ağcabədi Mərkəzi Xəstəxanası də belə nümunəvi tibb müəsəssidir.Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Azərbaycan prezidentinin bölgələrdəki tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir tibbi avadanlığı ilə təchiz olundu.

Xəstəxananın Ultrasəs diaqnostika (USM)şöbəsində də xəstələrin yüksək səviyyədə müayinəsi üçün hər cür şərait yaradılıb. İlqar həkim şöbədə ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bunları biz də gözlərimizlə görmüşük. Buna görə baş həkimə, rəhbərliyə təşəkkür edənlərin çox şahidi olmuşuq. 

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, şöbənin həkimlərindən, tibb bacılarından, çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 

İlqar həkim işlədiyi bu illər ərzində diqqətli və səriftəli həkim kimi tanınmışdır.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi İlqar həkimin uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində onun haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında Ağcabədi Mərkəzi Xəstəxanasının Ultrasəs diaqnostika (USM) şöbəsi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da bilirik və tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından Ağcabədi sakinləri bu qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər. 

İlqar həkim haqda bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər onun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, İlqar həkim dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün Ağcabədi sakinləri tərəfindən təqdir olunur. Böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır və rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir.

 


Digər xəbərlər

0.21866607666016