İki əmioğlu 200 minlik lotereya uduşuna görə əlbəyaxa davaya çıxdı

18:10 08-04-2022 | icon 1709
İki əmioğlu 200 minlik lotereya uduşuna görə əlbəyaxa davaya çıxdı

Ağcabədidə iki əmioğlu külli miqdarda lotereya uduşuna görə əlbəyaxa davaya çıxıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qohumlar arasında məbləğin bölünməsi ilə bağlı yaranmış anlaşmazlığa görə DİN-in 102 Zəng Xidmətinə müraciət edilib. Həmin şəxslər Ağcabədi RPŞ-yə dəvət olunub, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb, problemli məsələnin həll olunması üçün aidiyyəti üzrə yönləndirilib.

 

Qohumların polis tərəfindən saxlanılması haqda yayılan məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, əmioğlular lotereya bileti alaraq 200 min manat mükafat qazanıblar. 


Digər xəbərlər

0.24117994308472