Yevlaxda şəhidlər haqda 2-ci kitabın təqdimatı keçirildi - Fotolar

17:45 08-04-2022 | icon 2839
Yevlaxda şəhidlər haqda 2-ci kitabın təqdimatı keçirildi - Fotolar

Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Vətən müharibəsidə şəhid olmuş yevlaxlılara həsr edilmiş ikinci kitabın - “Biz Vətən üçün doğulduq” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə şanlı qələbə qazandığımız 44 günlük Vətən müharibəsində Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atılıb, Vətən uğrunda səfərbər olub:

 

“Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Vətən müharibəsində Yevlaxdan 65 igidimiz şəhadətə yüksəldi Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Bu gün hər birimizin qəlbində böyük qürur və iftixar hissi vardır. Çünki yad etdiyimiz hər bir şəhidimiz öz şəhadətləri ilə Vətən tarixinin ən şanlı səhifələrinin müəlliflərindən olublar”.

“Bizim borcumuz şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktlarla çatdırmaqdır. Bu gün təqdimatına toplaşdığımız növbəti, ikinci kitab olan “Biz Vətən üçün doğulduq” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb”, - deyə Tağıyev əlavə edib.

Kitabın müəllifi, Yevlaxın “Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı şəhid kapitan Kamran İsmayılovun anası Şərafət Mehdiyeva, Milli Məclisin deputatı İlham Məmmədov, Vətən müharibəsi veteranı Faiq Rəhimov və başqaları Vətən müharibəsində qazanılan qələbə və onun əhəmiyyəti, şəhidlərimizin xatirəsinin yaddaşlarda saxlanlması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsi işində bu kitabların əhəmiyyətindən danışdılar və kitabın hazırlanmasında əməyi olanlara təşəkkür etdilər.

Tədbirdə Yevlax məktəbliləri və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

Sonda tədbir iştirakçılarına “Biz Vətən üçün doğulduq” kitabı təqdim olunub.

 

 





Digər xəbərlər

0.24997186660767