Fərid Qayıbov Azərbaycan çempionatının qonağı olub
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov da yarışın qonağı olub. O, əvvəlcə “özgücünlətəkanver” stendi ilə tanış olub, simvolik ştanqı qaldırıb.
Bununla yanaşı, 73 kq çəki dərəcəsində qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.
Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı F.Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...