Brüssel səfəri

09:32 11-04-2022 | icon 1766
Brüssel səfəri

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət
başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin görüşləri və
apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi
yarandı.İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham
Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və
inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Ədalətli
sülhünvə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar.
Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla
Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun
yaradılması qərara alınıb. Məsələ iləəlaqədar Azərbaycan və Ermənistan xarici işlər
nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın
irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır.
Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Gərginliyin azalmasına
xidmət edən razılıq. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci
növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun
nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin
tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək
göstərilməsi də nəzərdə tutulur. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması,
dəmir yolu və avtomobil yolunun çəkilməsi,İqtisadi Məşvərət Şurası mexanizminin
yaradılması qərara alınmışdır.
Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu
həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44
günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində
yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu
lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında
birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.
Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir,
qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının
məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf
səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində
Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə
Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan
arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və
predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası,
kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların
atılması üçün mühüm şərtdir.Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul
edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh
və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti

ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident
İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun
göstəricisidir.Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda
gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki,
Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın
müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.
Hüseyn Buludov
Saatlı rayonu Sarıcalar kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.25290894508362