Yeniyetmə və gənc stolüstü tennisçilərin Azərbaycan birinciliyi keçiriləcək

18:22 12-04-2022 | icon 1504
Yeniyetmə və gənc stolüstü tennisçilərin Azərbaycan birinciliyi keçiriləcək

Aprelin 13-də “Şüa” idman–sağlamlıq kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin Azərbaycan birinciliyinə start veriləcək. 

4 gün davam edəcək yarış şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd, stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir. Fəxri kürsüyə yüksələnlər seçmə komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.


Digər xəbərlər

0.23646092414856