Sevil Əhmədova üçün özəl gün: İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivi yubileyarı təbrik edib

15:18 15-04-2022 | icon 2004
Sevil Əhmədova üçün özəl gün: İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivi yubileyarı təbrik edib

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədovanın  doğum günüdür.

Vətənimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə seçilən, zəngin təcrübəyə malik, sadəliyi, işgüzarlığı,öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsi ilə fərqlənən səbəbkar yubiley yaşını qeyd edir. 

Bu münasibətlə Sevil Əhmədovanın yubiley yaşı rayon icra hakimiyyətinin kollektivi tərəfindən qeyd edilib.

Qeyd edək ki,  Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən rayon icra hakimiyyətində yenidən dövlət qulluğunda çalışmağa başlayıb. Bir neçə ildir ki, indiki vəzifəsini çox yüksək səviyyədə icra edir, dövlət qulluğunda nümunəvi qaydada çalışır.O, keçmiş fəaliyyəti dövründə bir çox mükafatlara layiq görülüb. 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Rayon icra hakimiyyətinin kollektivi Sevil xanımı ən xoş sözlərlə, gül dəstəsi və hədiyyələrlə təbrik edib. Kollektivin hər bir üzvü yubliyarın ünvanına səmimi təbriklər söyləyib.

Sevil Əhmədova səmimi təbriklərə, xoş sözlərə göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, göstərilən etimadı ən yüksək səviyyədə çalışmaqla doğrultmaqda davam edəcəyini bildirib.

Biz də redaksiyamız adından Sevil xanımı təbrik edir, yorulmaz və səmərəli fəaliyyətində uğurlar arzu edirik!


Digər xəbərlər

0.29869103431702