"Turan" klinikası - Sağlamlığınızı etibarlı əllərə həvalə edin!

15:46 15-04-2022 | icon 1037

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. 

Şəhərimizdə fəaliyyət göstərən "Turan" klinikası da belə nümunəvi tibb müəsəssidir. Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Bura ən müasir tibbi avadanlığı ilə təchiz olunub. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. 

Klinikanın rəhbəri Xalid Əliquliyev burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Qeyd edək ki, Turan" Klinikası 2009-cı ildən bəri hər zaman pasientlərinin sağlamlığını və rahatlığını düşünərək fəaliyyət göstərir. 

Klinika öz tibbi heyətinin peşəkarlığı, ən son müasir tibbi təchizatı, pasiyentlərinin hər birinə fərdi yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə regionda tanınır və öz etibarını qazanmışdır.

Klinika texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunaraq sakinlərə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərməyi qarşısına məqsəd qoymuşdur.

Turan Klinikası Tibbin bütün sahələri ilə xidmətinizdədir.

Klinikanın Uşaq şöbəsi Terapiya və Ümumi Cərrahiyyə şöbəsi, Ən son Texnoloji avadanlıqlarla təmin olunmuş laboratoriya və Radioloji şöbə, müxtəlif müayinələr və müalicələr yüksək ixtisaslı həkimlər və tibbi personalın köməyi ilə həyata keçirilir.

Regionun dünya standartlarına uyğun avandanlıq və cihazlarla təchiz olunmuş klinikası olan "Turan"ın Laborator Bazasında düzgün və dəqiq nəticələr tez bir zamanda əldə olunur. Ən müasir üsullarla mikrobioloji, biokimyəvi, immunoloji, genetik və digər bu kimi analizlər son dərəcə həssaslıq və dəqiqliklə aparılır.

Laboratoriyada testlər milli və beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq hazırlanır. Ən əsası analizlərin götürülməsi kodlaşdırılmış sistemdə aparılır və alınan informasiyanın sistemə qoşulu vəziyyətdə müdaxiləsiz daxil olunması ilə cavabların həmin sistemdə cihazlar vasitəsi ilə ötürülməsi analitik səhvləri sıfıra endirir.

Bu yaxınlarda yenə də yolumu klinikaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən,bütün personaldan çox razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 


Klinikanın rəhbəri Xalid Əliquliyev da işlədiyi bu illər ərzində diqqətli, səriştəli rəhbər kimi tanınmışdır. 

O, daima ona müraciət edən xəstələri diqqət və qayğı ilə dinləyib onlara əlindən gələn köməyi edir. Pandemiya dövründə xəstələrə daha çox diqqət və qayğı ayırır.

Təəssüf ki, bəzən bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Xalid həkimin uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Xalid Əliquliyev haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.


Digər xəbərlər

0.24592614173889