Azərbaycan Premyer Liqasında legioner limiti dəyişdiriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında legioner limiti dəyişə bilər.
Bu barədə AFFA Klublar Komitəsinin və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məlumat verib.
Funksioner bildirib ki, klublar bugünkü iclasda həm elitada, həm də I Divizionda limitlə bağlı təkliflərini veriblər. Onun sözlərinə görə, qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq və klublara məlumat veriləcək.
Rəfiyevin fikrincə, komandaların əksəriyyəti legioner limitində dəyişikliyin tərəfdarıdır: "Nəzərə alsaq ki, hazırda yüksək dəstədə 10 komandanın olacağı ilə bağlı söhbət gedir, klublar limitdə hansısa dəyişikliyin tərəfdarıdır. Amma konkret necə olacağını deyə bilmərəm. Çünki hər klub öz təklifini bildirsə də, bəzi fikirlər üst-üstə düşmədi".
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında legioner limiti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 2000-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı) formatındadır.
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...