“Musiqi ilə məşğulam, ud, tar çalıram” - Sabiq nazir müavini

07:45 19-04-2022 | icon 1810
“Musiqi ilə məşğulam, ud, tar çalıram” - Sabiq nazir müavini

"Hazırda musiqi ilə məşğulam, ud, tar çalıram. Həmçinin idmanla da məşğulam. Səhhətim də yaxşıdır".

Bunu açıqlamasında gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılov deyib.

 

O, idmançılara kömək etdiyini bildirib:

"Ümumiyyətlə, sağlam həyat tərzi keçirirəm. Pensiyada olan insan başqa nə etməlidir ki? Təklif olarsa, bundan sonra da dövlət qurumlarında çalışmağa və mənə olan etimadı doğrultmağa hazıram. Yəqin ki, məsləhət görülərsə, işlə bağlı təklif də olacaq", - deyə sabiq nazir müavini əlavə edib.

Qeyd edək ki, İsmayıl İsmayılov ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.


Digər xəbərlər

0.22736716270447