“Hicran” və “Qayınana” tamaşaları yenidən səhnəyə qoyulacaq
Mərhum Xalq artisti Nəsibə Zeynalovanın möhürünü vurduğu “Qayınana” və “Hicran” tamaşaları uzun fasilədən sonra yenidən səhnəyə qoyulacaq.
Bunu Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev teatrın kollektivi və Mədəniyyət Nazirliyinin əməkdaşları ilə birlikdə sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət edərkən bildirib.
“Bu yaxınlarda “Qayınana” tamaşasının məşqlərinə başlayacağıq. Sevimli “Qayınana”nı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik”, - o deyib.
Lalayevin sözlərinə görə, teatrsevərlər, həmçinin “Hicran” musiqili komediyasını yenidən səhnədə görəcəklər. Sözügedən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur.
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...