Əməkdaşlığın səmərəliliyini artıran amil

09:43 25-04-2022 | icon 1448
Əməkdaşlığın səmərəliliyini artıran amil

Qırğız Respublikasının Prezidenti ilə görüşdə gələn il Qırğız Respublikası ilə
diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan
Respublikasının Prezidenti bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin
əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin
ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident cənab İlham Əliyev, eyni
zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda
iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkdi. Ölkəmizə səfərindən
məmnunlugunu bildirən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu
münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Ulu öndər Heydər Əliyev
tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam
etdirməyin vacibliyinə diqqət çəkdi.
Son illərdə türkdilli dövlətlərin bütün sahələrdə əməkdaşlığı artmaqdadır. Bu işdə
Azərbaycanın rolu böyükdür. Türk soylu dövlətlərin təşkilatlarda birləşməsi onların
gücünü artırır. Əməkdaşlığın səmərəliliyini ortaq dəyərlər, tarix də təmin edir.
Azərbaycanın bütün türkdilli dövlətlərlə yaxşı münasibətləri var. Bu beynəlxalq
məsələlərdə mövqelərin möhkəmlənməsinə kömək edir. Qırğızıstanın prezidentinin
Azərbaycana səfəri də sözsüz, əməkdaşlığı daha da yüksəldəcəkdir. Bu görüşdə on
sənəd imzalanıb. Sənədlərin əhəmiyyəti çox böyükdür. Deyə bilərik ki, Azərbaycan-
Qırğızıstan əlaqələri yeni mərhələyə qədəm qoyur. Bu iqtisadi sabitliyi, diplomatik
üstünlüyü təmin etmək üçün əhəmiyyətlidir. Dövlət başçılarının görüşü zamanı gələn il
Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd
ediləcəyəni bildirən Azərbaycan Prezidenti İlham Əliyev bunu tarixi hadisə adlandırdı.
Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək,
belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında
münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezidentimiz cənab
İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və
beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkib.
Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin
mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq
münasibətləri qurulması istiqamətində Prezident cənab İlham Əliyevin təşəbbüsünü
yüksək qiymətləndirdi. Bundan başqa Qırgız Prezidenti yaradılan dövlətlərarası
şuranın ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacağına da
əminliyini bildirdi. Bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində
ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Belə bir əlverişli
mühit bu dövlətlər arasında iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların
atılması zəruriliyini önə çıxarıb. Buna görə də Qırgız Respublikasının dövlət başçısı
Azərbaycanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların, güzəştli vergi və
gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edib. Azərbaycan tək
regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühum addımlar atır,
təşəbbüslər göstərir.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.22635293006897