Şirkət rəhbəri məhkəmə zalında həbs edildi
“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayev həbs edilib.
Ötən il iyunun 19-da Xaçmaz rayonunda yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə işləyən 1994-cü il təvəllüdlü Kamran Cəfərovun krandan yıxılaraq ölməsi faktına görə şirkət rəhbəri cəzalandırılıb.
O, Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Həmçinin 41 yaşlı E.Paşayev azadlığın məhdudlaşdırılması ilə bağlı cəzadan sonra 2 il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilib.
Qeyd edək ki, prokurorluğun yaydığı ilkin məlumatda Emil Paşayev barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlanıldığı bildirilib. Lakin sonradan prokurorluq cinayət işini 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsinə tövsif edib.
“Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.
-
Samir Salam saxlanıldı
...
-
Maştağanın əsas narkotaciri tutuldu - Video
...
-
DTX metroda terror olacağına dair səs yayan şəxsi saxladı
...
-
Həmin gün “Bravo”da ələ keçirilən pulun məbləği məlum oldu
...
-
Nərimanovda aparatdan 29 min manat oğurlandı - Kameraya düşdü
...
-
Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video
...
-
Rəşad Dağlının həbs müddəti uzadıldı
...
-
“Bravo”da silahlı insident, ölən və yaralanan var - Video
...
-
Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi
...
-
Rəşad Dağlı ilə bağlı nə qərar olacaq?
...