Vilayət Eyvazov baş müstəntiqi yüksək vəzifəyə təyin etdi

11:39 29-04-2022 | icon 2201
Vilayət Eyvazov baş müstəntiqi yüksək vəzifəyə təyin etdi

Yasamal Rayon Polis İdarəsində yeni təyinat olub.

Daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Yasamal RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsrət Aslanov təqaüdə göndərilib.

 

Bu vəzifəyə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov təyin edilib.

Qeyd edək ki, Həsrət Aslanov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Digər xəbərlər

0.36089301109314