Bakıda temperatur normadan 7 dərəcə yüksək olub - Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin aprelin 30-u saat 10:30-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarında Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Düşən yağışın miqdarı Göygöldə 25.0 mm, Sarıbaşda (Qax) 13.0 mm, Zaqatalada 12.0 mm, Balakən, Oğuzda 8.0 mm, Daşkəsəndə 7.0 mm, Gədəbəydə 5.0 mm, Kişçay (Şəki), Şahbuzda 4.0 mm, Qrız, Lerik, Culfada 3.0 mm, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Qusarda 2.0 mm, Naxçıvan, Şərur, Ordubad, Ağdərə, Naftalan, Şəmkir, Tovuz, Xaltan, Tərtər, Bərdə, Yevlax, İmişli, Yardımlı, Lənkəranda 1.0 mm-dək olub.
Dolu: Saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu yağıb.
Külək: Aprelin 29-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu: Aprelin 29-da Bakıda iqlim normasından 7.0° yüksək olub, Bakıda və Abşeron yarımadasında 24-29° isti, Naxçıvan MR-da 21-28° isti, dağlıq rayonlarda 12-18° isti, aran rayonlarında 27-32° isti olub.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...