İsmayıllı nümayəndə heyəti Kiryat Bialik şəhərinə səfər etdi - Fotolar
Kiryat Bialik şəhərinin meri Eli Dukorskinin dəvəti ilə 1-5 may tarixlərində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rəhbərliyi ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və sahibkar Azad Əliyevin də iştirak etdiyi nümayəndə heyəti İsrail Respublikasının Kiryat Bialik şəhərinə rəsmi səfər edib.
Səfərin ilk günündə nümayəndə heyəti Kiryat Bialik şəhərinin meri Eli Dukorski ilə görüşüb.
Elə həmin gün nümayəndə heyəti onlar üçün hazırlanmış rəsmi ziyafətdə iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti İsmayıllı rayonunun Mücəftaran kəndindən müxtəlif dövrlərdə Kiryat Bialik şəhərinə yaşamaq üçün müraciət etmiş bir qrup azərbaycanlıların iştirakı ilə rejissor Rüfət Əsədovun “Mən səni unutsam, İeruselim” filminin təqdimetmə mərasimində iştirak edib.
Görüş iştirakçıları Azərbaycan tarixinin, mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri diqqətə çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan inkişaf-quruculuq işlərini yüksək qiymətləndirdiklərini, habelə 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin bütün Azərbaycanlılar kimi onların da sevincinə səbəb olduğunu diqqətə çatdırıblar. Səfərin proqramına uyğun olaraq nümayəndə heyəti “Yom xa-zikaron” İsrail müharibələrinin Qurbanlarının Anım Günü münasibətilə keçirilmiş tədbirdə iştirak edib, xatirə abidəsinin önünə əklil qoyublar.
Səfərin növbəti günü 4 may tarixində nümayəndə heyəti İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə keçirilmiş tədbirdə iştirak edib.
Tədbir Azərbaycan, Almaniya nümayəndə heyətlərinin Dövlət Bayraqlarının müşayəti ilə səhnəyə dəvət edilməsi və atəşfəşanlıqla başa çatıb.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...