Küləkli hava neçə gün davam edəcək? - Açıqlama
"Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam edir:
"Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib".
U.Tağıyeva qeyd edib ki, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək:
"Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir".
Xidmət rəisinin sözlərinə görə, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
"Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir", - deyə Umayra Tağıyeva əlavə edib.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...