“Qarabağ”dan heç-heçə, “Sabah” qələbə qazandı

00:49 09-05-2022 | icon 1375
“Qarabağ”dan heç-heçə, “Sabah” qələbə qazandı

Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

 Ilk oyun günündə 2 matç keçirilib.

İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" xallarını 39-a çatdırıb və "Qəbələ"ni arxada qoyaraq 4-cü pilləyə yüksəlib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. "Zirə" qalib gəlsə, ən azı 4-cü pilləni təmin edərək Konfrans Liqasına vəsiqəni rəsmiləşdirə bilərdi. Ancaq oyunda qol vurulmayıb.


Digər xəbərlər

0.31479811668396