İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!
Mayın 10-dan etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır.
Müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri mayın 10-nu saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mayın 14-ü saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslər seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməlidir.
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...
-
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
...
-
Qızılcaya görə Bakı məktəblərində dezinfeksiya işləri aparılır - Fotolar
...
-
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
...