PFL mükafatlandırma mərasiminin yerini müəyyənləşdirdi

10:34 09-05-2022 | icon 848
PFL mükafatlandırma mərasiminin yerini müəyyənləşdirdi

Azərbaycan Premyer Liqasının başa çatmasına iki həftədən də az, konkret, 12 gün qalır.

"Qarabağ" qızıl, dünən "Zirə"nin liderlə görüşdə xal itirməsindən sonra isə "Neftçi" gümüş medalı təmin edib.

Yalnız bürünc mükafatın və avrokuboklara vəsiqə verəcək 4-cü yerin sahibinin adı dəqiqləşməyib. "Zirə", "Sabah" və "Qəbələ" həm bürünc əyarlı medal, həm də Konfrans Liqasında iştirak üçün qalan iki vəsiqə uğrunda mübarizəni davam etdirir.

Görəsən, Peşəkar Futbol Liqası mükafatlandırma mərasiminin yerini müəyyənləşdirib? Bəs medallar necə, sifariş olunub?  

PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasov açıqlamasında bu suallara belə aydınlıq gətirib: 
 
"Hazırda çempionatın son mərhələsinə qədəm qoymuşuq. Təbii ki, hazırlıqlar gedir. Mükafatlandırma mərasimi "Azersun Arena"da baş tutacaq. Burada çempion “Qarabağ”, eləcə də medalçı olacaq digər komandalara mükafat verməyi nəzərdə tutmuşuq. Hərçənd, üçüncü yerin sahibi hələ müəyyənləşməyib. Qarşıdakı iki tur bütün məqamlara aydınlıq gətirə bilər. 

Mükafatlandırma zamanı hər bir mükafatçıya ümumilikdə 45 medal təqdim olunur. Klublar hər zaman medal alacaq şəxslərin siyahısını PFL-ə təqdim  edirlər, biz də bunu ictimaiyyətə açıqlayırıq. Qarşıdakı günlərdə çempiondan və medallara potensialı olanlardan siyahını qəbul edəcəyik".

Qeyd edək ki, Premyer Liqanın 27-ci turu 15 mayda, 28-ci - sonuncu turu isə 21 mayda baş tutacaq.(fanat)


Digər xəbərlər

0.26667904853821