Zəngilan rayonunda böyük turizm potensialı vardır

12:45 09-05-2022 | icon 1651
Zəngilan rayonunda böyük turizm potensialı vardır

Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da
məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində,eyni zamanda,
Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac
bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan
maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil
yolu, o cümlədən İran ərazisinə keçir,-mart ayında müvafiq Memorandum
imzalanmışdır,-eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçəcəkdir. Ona görə
ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də
idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da
gətirilməlidir, texnologiyalar gətirilməlidir. Təbiətin qorunması, əlbəttə ki, ön planda
olmalıdır.
Zəngilan rayonunun çox gözəl təbiəti var, füsunkar təbiəti var və təbiət nöqteyi-
nəzərdən hesab edirəm ki, ölkəmizin ən gözəl rayonlarından biridir. Təbii ki, Zəngilan
rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar
və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət
olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq
turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa
şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq.
Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz
dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf
etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi
olacaq.Burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər
bütün sahələrdə tətbiq edilməlidir.Bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf
mexanizmlər, insanlar üçün rahatlıq təmin edilməlidir və belə olan halda biz istədiyimizə
nail olacağıq.
Bizim istədiyimiz odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına
qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada
yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar. Biz İkinci Qarabağ
müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında sorğu keçirmişik ki, biz bilək,
nə qədər insan qayıtmaq istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun
olmalıdır.Keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün artıq öz
fikirlərini bildirmişlər. Amma, əlbəttə ki, onlar təxminən 30 il Bakıda, Sumqayıtda, başqa
yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının
məktəbləri var, nəvələrinin məktəbləri var.Düzdür,bir yerdən başqa yerə köçmək o
qədər də asan məsələ deyil. Amma, əminik ki, Vətən sevdası onları oraya aparacaq. Biz
insanlar da istəyirik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər.
Əfqan Cəfərov,
Saatlı rayon Orta Muğan kənd tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.229984998703