Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

12:46 09-05-2022 | icon 1220
Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri
açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn,
nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar
qazandıracaq.
Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna
daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar
videoformatda qəbul edərkən çıxışı zamanı deyib. "Zəngilandan Qubadlıya və
Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi
rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə,
hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız
Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və
əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də
beynəlxalq yük göndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və
tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi
rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Şərqi Zəngəzurun
mövcudluğu, Qərbi Zəngəzurun da mövcudluğu deməkdir. Bu addım bütün müsbət
iqtisadi cəhətləri ilə birlikdə Ermənistan cəmiyyətindəki mövcud revanşist qüvvələrə
ciddi bir zərbədir. Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə
Zəngəzur dəhlizi vasitəsilə birləşdiriləcək, tam yeni nəqliyyat dəhlizi açılacaq. Son
vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub.
Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi
artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar
yaradacaq.
Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa
sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət
göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi
inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Əks halda, təcavüzkar siyasətindən əl
çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla
müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada
xaos və özbaşınalıq daha da dərinləşəcək.

Bəylər Əliyev,
Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru


Digər xəbərlər

0.29410099983215