Qobustan Bələdiyyəsi Vasif Novruzovun rəhbərliyi altında sakinlərə nümunəvi xidmət göstərir

14:52 10-05-2022 | icon 266
Qobustan Bələdiyyəsi Vasif Novruzovun rəhbərliyi altında sakinlərə nümunəvi xidmət göstərir
loading...

Qobustan bələdiyyəsinin sədri Vasif Novruzov bu gün gördüyü işlərlə öz ocağına və bu ocaqda gördüyü vətənə məhəbbət hisslərinə ləyaqətlə sahib çıxaraq dövlət və dövlətçiliyə sədaqətlə, var gücü ilə xidmət edir.

Onun bu vəzifədə çalışması ona dövlət səviyyəsində, xüsusilə, rəhbərlik tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir.

Uzun illər dövlət məmuru kimi çalışan Vasif Novruzov rəhbərliyin və sakinlərin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib. O, dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirən Vasif Novruzov fəaliyyət göstərdiyi dövrdə dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olmasını həmişə təmin edərək, ona göstərilən etimadı yüksək səviyyədə doğruldan vəzifə sahiblərindən olduğunu bir daha təsdiq edir.

 Söz düşəndə deyir ki, kadr təyinatı birbaşa rəhbərliyin səlahiyyətində olan məsələdir:

"Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Mən uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu gün də özümü dövlət başçısı cənab İlham Əliyevin əsgəri hesab edirəm."

Əgər məmur prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar.

Deyirlər vəzifə insanı dəyişir. Onu uzun müddətdir tanıdığımdan düşünmürəm ki, vəzifə onu dəyişdirsin. Əvvəldən necə olubsa, indi də elədir.

 O, öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Yorulmadan çalışır, zəhmət çəkir.  Qobustanda hər kəsə bəllidir ki, Vasif Novruzov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

 

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

Mənalı bir ömür yaşayan, taleyini dogma elinin iqtisadi yük­sə­lişinə, mənəvi yetkinliyinə həsr edən Vasif Novruzovun əməyi həm eldə-obada, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib.

Ümumiyyətlə isə bu gün Qobustanın inkişafından danışarkən qeyd etməliyik ki, bu tərəqqinin müəllifi başda rayon İH başçısı cənab Adil Məmmədov ilə yanaşı Qobustan bələdiyyəsi və kollektividir.

Qobustanın sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, əhaliyə göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə mühüm işlər görülüb. 

Görülən işlərin siyahısına nəzər salanda da həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Vasif Novruzov hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir. 

Məhz bunun nəticəsidir ki, əhali istədikləri vaxt öz problemləri ilə bağlı ona müraciət edə bilərlər. Belə müraciətlər az olmur. Tam səmimiyyətlə demək olar ki, bütün müraciətlər imkan daxilində müsbət həll olunur.

P.S. Təəssüf ki, bəzən onun haqqında yoxlanılmamış məlumatlar da dərc edilir. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Vasif müəllim haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazmaq yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.


Digər xəbərlər

0.19284105300903