“Buna and içmişdim” - Prezident

22:29 10-05-2022 | icon 1378
“Buna and içmişdim” - Prezident

“2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi”.

 

Bunu Prezident İlham Əliyev Şuşada müraciətində deyib.

“Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim.

Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır”, - dövlət başçısı qeyd edib.


Digər xəbərlər

0.28754305839539