Qaradağda qanvermə aksiyası keçirildi - Fotolar

23:01 11-05-2022 | icon 338
Qaradağda qanvermə aksiyası keçirildi - Fotolar
loading...

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Bu barədə rayon icara hakimiyyəti məlumat yayıb.

 

"Azərbaycanda xeyirxahlıq fəaliyyətinin geniş vüsət alması məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır və sevindirici haldır ki, 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib.

Ölkənin birinci xanımı bununla bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə çağırıb. Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə düçar olmuş pasiyentlər vardır və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.

Heydər Əliyev Fondunun başladığı bu xeyirxah missiyanın davam etdirilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilən qanvermə aksiyasında 100-ə yaxın rayon sakini təmənnasız olaraq qan verib.

Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş edəcək", - məlumatda deyilir.

 

 








Digər xəbərlər

0.30474400520325