Bakıda stend atıcılığı üzrə ölkə Kuboku uğrunda yarış başlanıb
Mayın 12-də Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə ölkə kuboku yarışı başlayıb.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, mayın 15-dək davam edəcək yarış stend atıcılığının səngər və dairəvi növlərində - kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.
Turnirə ölkəmizin müxtəlif şəhər və rayonlarından, ümumilikdə 41 idmançı qatılıb. Yarışın birinci günündə 22 atlet - qarışıq komanda növündə 10, qadın və kişilərin fərdi kateqoriyası turnirində 12 idmançı gücünü sınayır.
Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov turnirin təşkil edilməsində əsas məqsədin beynəlxalq yarışlarda idmanın bu növündə ölkəmizi yüksək səviyyədə təmsil edə biləcək istedadlı gənclərin aşkarlanması olduğunu bildirib: “Əminik ki, bölgələrimizdə atıcılıq idmanı üzrə bacarıqları olan xeyli gənc var. Təşkil edəcəyimiz silsilə tədbir və yarışlarda bu gənclərimizi aşkar etməyi hədəfləmişik”.
Qeyd edək ki, Azərbaycanda stеnd atıcılığı ilə 1920-ci ildən məşğul olmağa başlayıblar. Azərbaycanın stеnd atıcılığı üzrə Olimpiya Oyunlarında iştirakı 1988-ci ildə Sеul Olimpiadasında başlayıb. Ölkəmiz olimpiadanın ilk qızıl medalını da idmanın məhz bu növü üzrə qazanıb. 2000-ci ildə Sidnеydə kеçirilən Yay Olimpiya Оyunlarında ölkəmizi təmsil edən Zеmfira Mеftahətdinоva 100 mümkün хaldan 98-ni toplayaraq, dünyanın ən sərrast stеnd atıcısı kimi tarixə düşüb.
Azərbaycanda beynəlxalq standartlara uyğun Qəbələ Atıcılıq Klubu və Bakı Atıcılıq Mərkəzi fəaliyyət göstərir. Bakı Atıcılıq Mərkəzi infrastrukturu və təchizatı ilə Avropanın dörd ən yaxşı mərkəzindən biridir.
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...