Əli Nağıyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü - Foto


Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, qonağı səmimi salamlayan Əli Nağıyev dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ən yüksək səviyyədə olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa bəyannaməsinə uyğun olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edib.
Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin bundan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Yüksək qonaqpərvərliyə və isti qəbula görə minnətdarlığını çatdıran türkiyəli qonaq təhlükəsizlik məsələləri üzrə dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Görüşdə həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlərdə də müzakirə olunub.

-
Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında əlaqələr inkişaf etməkdədir”
...
-
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq
...
-
Prezidentlər klassik avtomobillərə baxdılar - Fotolar
...
-
Litva Prezidenti və xanımının şərəfinə ziyafət verildi - Foto
...
-
Milli Məclisin yeni Aparat rəhbəri o oldu
...
-
İlham Əliyev Kraliça II Elizabetə at hədiyyə göndərdi - Fotolar + Video
...
-
Bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq
...
-
Prezidentin Şuşada kövrəldiyi an - Video
...
-
Vilayət Eyvazov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb
...
-
Əli Nağıyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü - Foto
...