Afət Fərmanqızı axtarışa verildi
Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.
O, uzun müddətdir cavabdeh olduğu məhkəmə prosesinə gəlmədiyi barəsində müvafiq qərar çıxarılıb. Belə ki, bu gün Binəqədi rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı növbəti iclas keçirilib. F.Kərimovanın vəkili Xavər Məmmədova Afət Fərmanqızının məhkəməyə məcburi qaydada gətirilməsinə dair vəsatət verib. A.Fərmanqızı bir neçə prosesdir məhkəməyə gəlmədiyi üçün vəsatət təmin olunub və onun barəsində həbs nəzərdə tutulmadan axtarış elan olunub.
Müğənni məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılıb.
Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...
-
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR
...
-
Onların Eşq Nümunəsi
...