Qaradağda küçəyə Vətən Müharibəsi Qəhrəmanının adı verildi - Fotolar
Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçəyə Vətən Müharibəsi Qəhrəmanı, XTQ zabiti, kapitan Rəşad Abdullayevin adı verilib.
Küçə əsaslı təmir edilib və küçənin başlanğıc hissəsində şəhidin barelyef abidəsi quraşdırılıb.
Küçənin açlışı tədbirində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin Deputatları, rayon İcra Hakimiyyətininvəzifəli şəxsləri, şəhidin ailəsi və övladları, şəhidin döyüş yoldaşları iştirak edib. Açılış mərasimindan sonra tədbir iştirakçıları şəhidlər xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, kapitan Abdullayev Rəşad Arif oğlu 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. 2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” , “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib
...
-
Qubada iftar mərasimi təşkil olunub
...
-
Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar
...
-
Sabah 20° isti olacaq
...
-
Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirib - FOTOLAR
...
-
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“IDEA” Sabunçuda “Bizim Həyət”in açılışını etdi - Fotolar
...
-
Uğurlu xarici siyasətin yeni təzahürü
...
-
Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir
...