Neftin qiyməti düşüb

09:51 17-05-2022 | icon 1882
Neftin qiyməti düşüb

Bir gün öncəki ciddi bahalaşmadan sonra dünya bazarlarında neftin qiyməti korreksiya çərçivəsində düşüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 0,32% ucuzlaşaraq, 1 bareli 113,87 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,34% düşərək, 1 bareli 111,44 ABŞ dolları təşkil edib.

Korreksiya ilə yanaşı “qara qızıl”ın qiymətinə təzyiq edən daha bir amil ABŞ-ın Energetika Nazirliyinin İqtisadi Məlumatlar İdarəsinin (EIA) proqnozudur. Belə ki, proqnoza görə iyun ayında ölkənin əsas neft-qaz hasilatı rayonlarında neft hasilatı cari ayla müqayisədə gündəlik 142 min barel artacaq.


Digər xəbərlər

0.24891901016235