Basketbol üzrə Azərbaycan çempionatının başlayacağı vaxt açıqlanıb

12:47 17-05-2022 | icon 422
Basketbol üzrə Azərbaycan çempionatının başlayacağı vaxt açıqlanıb
loading...

Basketbol üzrə Azərbaycan çempionatının başlayacağı vaxt bəlli olub.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev açıqlama verib.

ABF rəhbəri futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara basketbol komandalarının yaradılması üçün müraciət etdiklərini bildirib: "6-8 komandanın iştirakı ilə oktyabrda ölkə çempionatının təşkilini mümkün sayırıq. Rəqabətli çempionatın olması üçün əlimizdən gələni edəcəyik. Tələsmədən, keyfiyyətə xələl vurmadan yarış keçirəcəyik. Amma çempionat son məqsəd deyil. Azarkeşlərsiz, komandaları dəstəkləməyən yarış keçirmək doğru olmaz. İstəyirik ki, ən azı bir-iki güclü klubumuz olsun. Prosesi addım-addım dayanıqlı şəkildə aparmalıyıq".

Əmrullayevin sözlərinə görə, 5-10 il ərzində ölkəni layiqincə təmsil edəcək və daim beynəlxalq yarışlarda uğurla mübarizə aparacaq komanda qurula bilər: "Uzunmüddətli məqsədlərimizdən biri də çoxsaylı azarkeşləri cəlb etməkdir. Ali təhsil müəssisələrinin komandaların olması da məqsədlərimizdən biridir. Bu məqsədlə əcnəbi tələbələr arasında basketbol bacarığına malik olanlara xüsusi təqaüdlər verməyi düşünürük. Bəlkə də Azərbaycanı uğurla təmsil edən basketbol komandasının üzvlərini universitetlərə imtahansız qəbul edə bilərik".


Digər xəbərlər

0.26858711242676