Basketbol üzrə Azərbaycan çempionatının başlayacağı vaxt açıqlanıb
Basketbol üzrə Azərbaycan çempionatının başlayacağı vaxt bəlli olub.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev açıqlama verib.
ABF rəhbəri futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara basketbol komandalarının yaradılması üçün müraciət etdiklərini bildirib: "6-8 komandanın iştirakı ilə oktyabrda ölkə çempionatının təşkilini mümkün sayırıq. Rəqabətli çempionatın olması üçün əlimizdən gələni edəcəyik. Tələsmədən, keyfiyyətə xələl vurmadan yarış keçirəcəyik. Amma çempionat son məqsəd deyil. Azarkeşlərsiz, komandaları dəstəkləməyən yarış keçirmək doğru olmaz. İstəyirik ki, ən azı bir-iki güclü klubumuz olsun. Prosesi addım-addım dayanıqlı şəkildə aparmalıyıq".
Əmrullayevin sözlərinə görə, 5-10 il ərzində ölkəni layiqincə təmsil edəcək və daim beynəlxalq yarışlarda uğurla mübarizə aparacaq komanda qurula bilər: "Uzunmüddətli məqsədlərimizdən biri də çoxsaylı azarkeşləri cəlb etməkdir. Ali təhsil müəssisələrinin komandaların olması da məqsədlərimizdən biridir. Bu məqsədlə əcnəbi tələbələr arasında basketbol bacarığına malik olanlara xüsusi təqaüdlər verməyi düşünürük. Bəlkə də Azərbaycanı uğurla təmsil edən basketbol komandasının üzvlərini universitetlərə imtahansız qəbul edə bilərik".
-
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Ümumi Yığıncağı keçirilib
...
-
Antidopinq Təşkilatları İnstitutunun (iNADO) “Workshop”u təşkil olunub
...
-
Kənan Məstəliyev: "Avropada bizim ən yaxşı 8 komanda arasında olmağımızı istəmədilər"
...
-
Sabiq "Qarabağ"lı: "Almanlarla Bakıdakı ilk oyun göstərdi ki,futbolda hər şey mümkündür"
...
-
“Qarabağ” “Bayer”ə qarşı
...
-
İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il üçün illik simpoziumu keçirilib
...
-
Azərbaycan qadın basketbolunda tarixi bir ilk reallaşır
...
-
ASAPES rektoru Karlov Universitetinin rektoru ilə görüşüb - FOTO
...
-
“Çinar-Zəngilan” ardıcıl qələbələr, “Göyəzən”dən darmadağın “Ərgünəş” xalsızlığı davam edir
...
-
Voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
...