Avroliqanın qalibi müəyyənləşdi

08:10 19-05-2022 | icon 1430
Avroliqanın qalibi müəyyənləşdi

UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Final matçında Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gəlib.

Həlledici matç İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutub.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

UEFA Avropa Liqası

Final

18 may

23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.

***

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Ayntraxt" daha dəqiq olub (5:4) və Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Avropa Liqasının son qalibi "Vilyarreal" (İspaniya) olub.


Digər xəbərlər

0.25813698768616