Fərid Qayıbov idman idarələri qarşısında yeni vəzifələr qoyub
Gənclər və idman naziri Fərid Qayıbov rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yerli idarələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan Qayıbov onlara gənclər evləri, olimpiya idman kompleksləri və digər təşkilatlarla daha sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib.
Bildirib ki, hər bir idarə öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.
Nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva müvafiq olaraq, idman və gənclər siyasəti sahələrində görülməli işlərlə bağlı fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar.
Görüş zamanı nazir gənclər və idman idarələrinin rəislərini dinləyib, onların təklifləri və qaldırdıqları məsələlərlə maraqlanıb.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...