Yalan ayaq tutub yeriməsin: Ülvi Quliyev haqda böhtan yazanların nəzərinə

23:08 23-05-2022 | icon 1239
Yalan ayaq tutub yeriməsin: Ülvi Quliyev haqda böhtan yazanların nəzərinə

Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təşkilatçı, 15 saylı Yasamal 1-ci seçki dairəsindən Milli Məclisin deputatı Ülvi Quliyevdir. 

Uzun illər müxtəlif məsul  vəzifələrdə çalışan Ülvi Quliyev ona göstərilən etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib.

O, dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən şəxsdir.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Qeyd edək ki, Ülvi Quliyev 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Dilçilik elimləri doktoru, professor Zahid Quliyevin oğludur.

1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirən Ülvi Quliyev 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə "Gömrükçü" İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini(Gömrük Xidməti, Polkovnik-Leytenantı) vəzifələrində çalışmışdır.

Karate idman növü üzrə VII Dan qara kəmər sahibi, Karate idman növü üzrə Avropa və Dünya çempionudur. Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçi", Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 5 mart tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"fəxri adına layiq görülüb. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Karate-do Federasiyasının Prezidenti, 1997-ci ildən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

 

2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 15 saylı Yasamal 1-ci seçki dairəsindən namizəd olaraq iştirak edən Ülvi Quliyev yüksək nəticə ilə 4-cü dəfə Milli Məclisin deputatı seçilmişdir.

Milli Məclisin Gənclər və idman,Səhiyyə komitəsinin üzvüdür.

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

 

Bu gün deputatı olduğu Yasamal sakinləri onu bir el ağsaqqalı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirlər.

Demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir. 

Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, Ülvi müəllim nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da mövcud karantin şərtlərinə uyğun olaraq mürəciətə gələn heç bir sakini dinləmədən yola salmır. Həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin sakinlər tərəfindən böyük rəğbətlə qarşılanması onun etimadı yüksək səviyyədə doğruldan millət vəkili olduğunu bir daha təsdiq edir.

 

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Ülvi Quliyevin uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. 

Düzdür, müasir mediada -  çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir şəxs haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, bir sayt əməkdaşı vəzifəli bir şəxsi müdafiə edən yazıya imza qoyur?

Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. 

Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Ülvi Quliyev haqqında bəzən bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyək:

Bəli, Ülvi Quliyev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Ülvi Quliyevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…

Qeyd edək ki, onun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, Ülvi Quliyev barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür məqsədli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, dövlətçiliyə sədaqətlə xidmət edən Ülvi Quliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Bir daha xatırladaq ki, Ülvi Quliyevin uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bu kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.31017899513245