Abşeronda silsilə tədbirlər keçirildi - Fotolar

10:50 21-05-2022 | icon 869
Abşeronda silsilə tədbirlər keçirildi - Fotolar
loading...

Abşeron rayonunun Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında yeni inşa olunan “İbadət otağı” şəhid ailələrinin istifadəsinə verilib.

Bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canınından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilib və ruhlarına dualar oxunub. 

 

Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanında ibadət etmək, şahidlərin doğum günlərində toplaşmaq, namaz qılmaq, dualar etmək, şəhid ailələrinin istidə gündən, yağışlı havada yağışdan qorunması üçün “İbadət otağı”nın tikilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunmuşdu.

Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilib, Şəhidlər Xiyabanının qarşısında yer ayrılıb və bundan sonra tikinti işlərinə başlanılıb. 

İcra başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələri ilə birgə yeni inşa olunan “İbadət otağı”na baxış keçirib, burada yaradılan şəraitlə tanış olub. İcra başçısı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb.

Həmçinin Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Novxanı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və qəsəbə sakinləri iştirak edib.

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilib.

Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

 

 





Digər xəbərlər

0.28231596946716