Qaradağda iməclik keçirildi - Fotolar
Qaradağ rayonunun bütün qəsəbələrində iməclik keçirilib.
Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə və rayonunun qəsəbələrinin ərazilərində növbəti iməcilik təşkil edilib.
Iməcilikdə idarə-müəssisələrin rəhbərləri və əməkdaşları, sahibkarlar, təsərrüfat xidmətlərinin işçiləri insanın iştirak edib.
Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib. Rayonun ərazisində 200-dən çox yeni ağac əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Qaradağ rayonunun küçələrində səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, digər təmizlik və dezinfeksiya işləri görülüb.
Eyni zamanda rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunmuşdur. Bundan başqa ərazidə zibilliklər yığışdırılıb.
Mövsüm ərzində Qaradağ rayonunun yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Şənbə gününün havası
...
-
"Turan yolu-Zəngəzurum" əsəri qardaş Türkiyədə
...
-
Biz Qarabağda əbədi yaşayacağıq!
...
-
Xankəndində Novruz tonqalı
...