Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb
Paytaxtımızda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Litva millisinin rəhbər və məşqçi heyəti Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovla görüşüb.
Azərbaycan Futnet Federasiyasında gerçəkləşən görüşdə yerli qurumun rəsmiləri Gülağa Cabbarov və uzun illər çimərlik futbolu üzrə FİFA referisi olan Əfqan Həmzəyev də iştirak edib.
Litva Çimərlik futbolu və Futzal Federasiyasının rəhbəri Vidmantas Butkeviçyus ilə təkbətək görüşdə Azərbaycan Futnet Federasiyasının da prezidenti olan Vüsal Xəlilov futtennis və futvole idman növlərinin ikitərəfli inkişaf perspektivləri, qarşılıqlı əlaqələrin qurulması və beynəlxalq sahədə əməkdaşlıq haqqında müzakirələr aparıblar.
Son illər Azərbaycanda futvole və futnet sahəsində görülən işləri yüksək qiymətləndirən Litva nümayəndə heyəti, beynəlxalq federasiyanın tərkibinə qatılmaq üçün əməli addımlar atmağa hazır olduqlarını vurğulayıblar.
Qeyd edək ki, çimərlik futbolu üzrə Litva millisi Bakıda yığmamızla iki yoldaşlıq matçında qüvvəsini sınayıb.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...