Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı kəndlərdə barama qurdunun saxlanma şəraiti ilə tanış olub

08:00 23-05-2022 | icon 1434
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı kəndlərdə barama qurdunun saxlanma şəraiti ilə tanış olub

Mayın 20-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov kəndlərdə barama qurdu bəsləyən kümçülərlə görüşüb. Fermerlərlə söhbətdə icra başçısı baramaçılığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Əhalinin məşğulluğu baxımından da mühüm əhəmiyyət kəsb edən baramaçılığın eyni zamanda ölkə iqtisadiyyatındakı yeri də müzakirə edilib.

Kümçülər respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin rayon baramaçılarının bu sahəyə olan marağını artırdığını vurğulayıblar. Hər il çəkdiklərin zəhmətin bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul əldə etməyi qarşıya məqsəd qoyduqlarını bildiriblər.

Elxan İbrahimov fermerlərə bəzi tapşırıq və tövsiyələr verərək onlara bol məhsullu mövsüm arzulayıb.

 

Digər xəbərlər

0.28843092918396