Sabah hava necə olacaq?
Azərbaycanda mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.
-
Qarşılıqlı əlaqələrin gücləndirilməsi dövlətimizin möhkəmləndirilməsinə xidmət edir
...
-
Xoş niyyətli qonşuluq və nümunəvi tərəfdaşlıq
...
-
Ərazi bütövlüyü və suverenliklə bağlı qarşılıqlı dəstək
...
-
Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır
...
-
“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub
...
-
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - Fotolar
...
-
İlaxır çərşənbənin havası
...
-
Salyanda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib
...
-
Nəcib insan, Bacarıqlı rəhbər -Fəzail Mehdiyev haqqında böhtan yazanların nəzərinə
...
-
Azərbaycana yaz gəlir
...