Azərbaycan klubundan anlaşılmaz qərar

12:52 24-05-2022 | icon 1820
Azərbaycan klubundan anlaşılmaz qərar

“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə yollarını ayırıb.

 

Klub rəhbərliyi ilə 41 yaşlı mütəxəssis arasında fikir ayrılığı yaşanıb və tərəflər vidalaşmaq qərarına gəliblər.

Maraqlıdır ki, “Səbail”lə Aftandil Hacıyev arasında mayın 13-də yeni müqavilə imzalanmışdı. Müqavilənin müddəti 2022/23 mövsümünün sonuna kimi artırılmışdı.

Hacıyev 2018-ci ildən Bayıl təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.


Digər xəbərlər

0.24204897880554