Elxan İbrahimov təcrübə proqramını başa vurmuş gənclərlə görüşüb

17:41 25-05-2022 | icon 1829
Elxan İbrahimov təcrübə proqramını başa vurmuş gənclərlə görüşüb
25 may 2022-ci il tarixində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov təcrübə proqramını başa vurmuş gənclərlə görüşüb.
Görüşdə Elxan İbrahimov vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin gənclər siyasətinin bütün tələbləri diqqət və uğurla yerinə yetirilir. Prezidentin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün yeni proqramlar icra olunmaqdadır. Sonra icra başçısı gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə təcrübəçi gənclər də ürək sözlərini dilə gətiriblər. Onlar təcrübə keçmək üçün Kürdəmir Rayon İcra Hakimiyyətində yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildiriblər. Gənclər qeyd ediblər ki, bu təcrübə onların gələcək fəaliyyətində mühüm rol oynayacaq.
Görüşün sonunda gənclərə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
 
Возможно, это изображение 6 человек, люди сидят, люди стоят и костюм
 
 
 
 
 
Возможно, это изображение 3 человека, люди стоят, костюм и в помещении
 
 
 
 
 
Возможно, это изображение 3 человека, люди стоят, костюм и в помещении
 
 
 
 
 
 
 
Возможно, это изображение 4 человека, люди сидят, люди стоят и в помещении
 
 

Digər xəbərlər

0.28089094161987