Musiqili Teatrda xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçiriləcək
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UAFA-nın (Azərbaycana Birgə Yardım Təşkilatı) layihəsi əsasında yaradıcı təhsil alan xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağ” mövzusunda sərgisi keçiriləcək.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru isə teatrın baş rəssamı Vüsal Rəhimdir.
Sərginin sonunda layihədə iştirak edən uşaqlara teatr tərəfindən həvəsləndirici diplomlar veriləcək.
Daha sonra sərgi iştirakçıları librettosu və quruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızı papaq və Redmüzi” müzıklına xüsusi qonaq qismində tamaşa edəcəklər.
Akademik Musiqili Teatr bütün balaca tamaşaçıları sərgiyə və eyni zamanda həmin gün saat 12:00 və 14:00-da nümayişi nəzərdə tutulan “Qırmızı papaq və Redmüzi” tamaşana baxmağa dəvət edir.
-
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR
...
-
Onların Eşq Nümunəsi
...
-
Onlardan biri “Avroviziya” təmsilçimiz olacaq - Fotolar
...
-
Vüsalə ilə Sevil-Sevinc bacıları arasında qalmaqal - Video
...
-
"Leyli və Məcnun" yeni repertuarda
...
-
Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - Video
...
-
Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək
...
-
Azərbaycan filmi Avropa festivalında - Video
...
-
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - Video
...
-
Altı ölkənin nazirləri Şuşada görüşəcək
...